525.Az

“İrəli” SAY hərəkatı çərçivəsində növbəti layihəsini keçirdi

[10.09.19]
“İrəli” SAY hərəkatı çərçivəsində növbəti layihəsini keçirdi<b style="color:red"></b>

“İrəli” İctimai Birliyinin SAY hərəkatının növbəti layihəsi keçirilib.

“İrəli”dən verilən məlumata görə, “SAY:Unity” adlanan layihə çərçivəsində, Qubada açıq hava şəraitində qurulan yaşayış çadırlarında qalan iştirakçılar gənclərlə iş üzrə aparılan inkişafetdirici fəaliyyətlərin cəmiyyət üçün rolu və gələcəkdə onlara nə kimi imkanlar yarada biləcəyi haqqında daha ətraflı məlumatlar əldə ediblər.

Ümumilikdə, gənclərə vahid komanda halında işləmək, komanda quruculuğu, komanda əhval-ruhiyəsinin artırılması istiqamətləri üzrə təlimlər keçirilib. “Effektiv komandanın səciyyəvi xüsusiyyətləri, Komandanın inkişafı və birliyi, Konstruktiv Kommunikasiya” haqqında ətraflı olaraq layihə iştirakçılarına məlumatlar verilib.

“İrəli” gənclərinin təşəbbüsü nəticəsində baş tutan “SAY: Unity” layihəsi “İrəli” İctimai Birliyinin SAY hərəkatı adı altında keçirdiyi sayca 8-ci layihədir.

Layihədə 50-ə yaxın gənc iştirak edib.

Layihə çərçivəsində Azərbaycanın atributlarını özündə əks etdirən 6 komanda (“Alov”, “Muğam”, “Kəpəz”, “Nar”, “Qobustan” və “Xarı Bülbül”) müxtəlif fəaliyyətlər üzrə bir-biri ilə mübarizə aparıblar.

Maarifləndirici əhəmiyyət daşıyan bu layihənin produktiv olması əsas məqsəd olub.

Layihə çərçivəsində Hiking və həmrəylik oyunları keçirilib. Eyni zamanda, ipdartma, voleybol və futbol yarışı keçirilib, praktiki sessiyada komandalar hazırladıqları rəqsləri təqdim ediblər.

Düşərgə müddətində “İrəli” İctimai Birliyin sədri Mirhəsən Seyidov gənclərlə birlikdə olub. O, komanda halında işləməyin vacibliyini vurğulayaraq gənclərlə müxtəlif müzakirələrdə iştirak edib.

“Ölkə başçısı hər zaman gəncləri qətiyyətlə dəstəkləyir. Dövlət siyasətinin əsasında gənclərin milli ruhda, vətənpərvər, təhsilli və sağlam gənc kimi yetişməsi əsas məqsəddir. Gənc kadrların yüksək vəzifələrə təyin olunması, istedadlı gənclərimizin ölkəmizdə və xaricdə qazandıqları nailiyyətlər, Azərbaycanı uğurla təmsil etməsi məhz uğurlu dövlət gənclər siyasətinin bariz nümunəsidir”, - deyə “İrəli” sədri bildirib.

Qeyd edək ki, “İrəli” İctimai Birliyi bundan öncə "SAY: Support of Azerbaijan Youth” hərəkatı adı altında “SAY:Könüllülük Akademiyası”, “SAY: Green”, "SAY:Multikulturalizm”, “SAY:Volunteering Festival”, "SAY:Solidarity”, “SAY:All Star” və “SAY:Cümhuriyyət” kimi böyük layihələri həyata keçirib və 500-ə yaxın gənci öz ətrafında toplayıb. 

CEYHUN


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.