525.Az

ATƏT PA-nın Prezidenti: “Paşinyanın bəyanatı danışıqlar prosesinə zərbə vurur”

[10.09.19]
ATƏT PA-nın Prezidenti: “Paşinyanın bəyanatı danışıqlar prosesinə zərbə vurur”<b style="color:red"></b>

“Avropa məkanında, Cənubi Qafqazda mövcud olan Dağlıq Qarabağ münaqişəsi bütün dünyanın, eləcə də bizim təşkilatımızın - ATƏT-in diqqət mərkəzindədir”.

Bunu APA-nın Gürcüstan bürosuna açıqlamasında ATƏT PA-nın Prezidenti Giorgi Tsereteli deyib.

Ermənistanın Baş naziri Nikol Paşinyanın səsləndirdiyi bəyanata münasibət bildirən G.Tsereteli qeyd edib ki, bu bəyanat münaqişənin nizamlanmasına və danışıqlar prosesinin gedişinə zərbə vurur: “Düşünürəm ki, münaqişənin həllinə nail olmaq məqsədi daşımayan və ölkələr arasındakı müzakirələrə töhfə verməkdən uzaq olan bu cür bəyanatların səsləndirilməsi  hər zaman sülh prosesini zədələyir. Biz daha çox konstruktiv bəyanatlar eşitmək istəyirik və konkret addımlar gözləyirik. Fikir ayrılıqlarını və fərqli düşüncələri bir araya gətirib ortaq dil tapmaq lazımdır. Ayrılıqlara səbəb olan və münaqişənin nizamlanması prosesinə zədə vuran bu cür bəyanatların səsləndirilməsi təəssüf ki, bu istiqamətdə mövcud olan problemlər sırasındadır. Münaqişənin həlli güclü siyasi iradə tələb edir. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə yalnız beynəlxalq hüquq çərçivəsində nail olmaq mümkündür”.

 


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.