525.Az

Dünyanın ən nüfuzlu 500 müsəlmanı arasındakı azərbaycanlı

[14.08.19]
Dünyanın ən nüfuzlu 500 müsəlmanı arasındakı azərbaycanlı <b style="color:red"></b>

14 avqust xalq artisti Alim Qasımovun doğum günüdür.

Modern.az xəbər verir ki, Alim Qasımov 1957-ci ildə Şamaxı rayonunun Nabur kəndində (indiki Qobustan rayonunun inzibati ərazi vahidliyinə daxildir) anadan olub. O, 1978-1982-ci illərdə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində və 1983-1989-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda muğam dərsləri alıb.

Xalq artistinin peşəkar səhnədə ilk 1979-cu ildə Azərbaycan Televiziyası vasitəsilə olub. 1982-ci ildə isə birinci Respublika muğam müsabiqəsinin qalibi olub. Sonrakı il Səmərqənddə keçirilən Beynəlxalq Musiqi Simpoziumuna qoşulub.

1989-cu ildə Moskva, Paris, Mone, Köln, Bohum, Qərbi Berlin, Frazburq, Bazel, Cenevrə, Lie, Amsterdamda konsertlər verib və festivallarda iştirak edib. Aktyor kimi də tanınan Alim Qasımov 1991-cı ildən Paris şəhər Bələdiyyə teatrı - "DE-LE-vill"in üzvüdür.

2000-ci ildə Alim Qasımovun qızı Fərqanə Qasımova ilə birlikdə ifalarından ibarət "Love's deep ocean"  adlı muğam diski "Avropa Dünya Musiqi xəritəsi"ndə 9-cu yeri tutub və 47 Avropa ölkəsinin radiolarında səslənib. O, 2000-ci ildə Avropa Nadir Səslər Assambleyasının üzvü seçilib.

2009-cu ildə isə Alim Qasımov ABŞ-ın Corctaun Universiteti və mərkəzi İordaniyada yerləşən Strateji Araşdırmalar Mərkəzinin keçirdiyi müsabiqədə dünyanın ən nüfuzlu 500 müsəlmanı arasında 4 azərbaycanlıdan biri olub.

2017-ci ildə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Alim Qasımov “Şərəf” ordeni ilə təltif edilib.

Xalq artisti hazırda Asəf Zeynallı adına Musiqi Məktəbində və Bakı Musiqi Akadamiyasında çalışır. Eyni zamanda, o, Azərbaycan Dövlət Opera və Balet Teatrının solistidir.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.