525.Az

Rusiya ukraynalı diplomatı arzuolunmaz şəxs elan etdi

[14.08.19]
Rusiya ukraynalı diplomatı arzuolunmaz şəxs elan etdi<b style="color:red"></b>

Rusiya Ukraynanın Sankt Peterburqdakı Baş Konsulluğunun əməkdaşını arzuolunmaz şəxs elan edib.

APA-nın “Ukrinform”a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Rusiya XİN-nin məlumatına görə, bu addım rusiyalı diplomatın rəsmi Kiyev tərəfindən arzuolunmaz şəxs elan edilməsinə cavab olaraq atılıb.

Qeyd edək ki, avqustun 13-də Ukraynanın Təhlükəsizlik Xidməti Lvov şəhərində yerli sakinin kəşfiyyat məlumatlarını toplayaraq Rusiyanın Lvovdakı Baş Konsulluğunda çalışan rusiyalı diplomata ötürdüyünü aşkar edib.

Rusiyalı diplomatın artıq Ukrayna ərazisini tərk etdiyi bildirilir.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.