525.Az

Mənəvi Dəyərlərin Təbliği Fondunun işçilərinin maaşları artırılıb

[13.08.19]
Mənəvi Dəyərlərin Təbliği Fondunun işçilərinin maaşları artırılıb<b style="color:red"></b>

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun işçilərinin aylıq vəzifə maaşları artırılıb.

"Report"un məlumatına görə, bununla bağlı Nazirlər Kabinetinin “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” qərarında dəyişikliklər edilib.

Dəyişikliyə əsasən, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun aylıq vəzifə maaşı 1265 manatdan 1710 manatadək artırılıb.

Eyni zamanda, qərarla Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavininin aylıq vəzifə maaşı 1380 manat (indiyədək 985 manat), şöbə müdiri, baş mühasibin aylıq vəzifə maaşı 910 manat (indiyədək 649 manat), baş məsləhətçinin aylıq vəzifə maaşı 630 manat (indiyədək 451 manat), aparıcı məsləhətçinin aylıq vəzifə maaşı 600 manat (indiyədək 429 manat), məsləhətçinin aylıq vəzifə maaşı 585 manat (indiyədək 418 mana), Kargüzarlıq və arxiv işinin aparılması üzrə mütəxəssisin aylıq vəzifə maaşı 340 manat (indiyədək 220 manat), sürücünün aylıq vəzifə maaşı 320 manat (indiyədək 242 manat), xadimənin aylıq vəzifə maaşı isə 260 manat (indiyədək 171 manat) olub.

Sıra №-si Vəzifələrin adı Aylıq vəzifə maaşı (manatla)
1. İcraçı direktor 1710
2. İcraçı direktorun müavini 1380
3. Şöbə müdiri, baş mühasib 910
4. Baş məsləhətçi 630
5. Aparıcı məsləhətçi 600
6. Məsləhətçi 585
7. Kargüzarlıq və arxiv işinin aparılması üzrə mütəxəssis 340
8. Sürücü 320
9. Xadimə 260

Qeyd edək ki, qərar bu ilin sentyabrın 1-dən qüvvəyə minir.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.