525.Az

Həsən Ruhani və Cavad Zərif Azərbaycana səfər edəcək

[05.08.19]
Həsən Ruhani və Cavad Zərif Azərbaycana səfər edəcək<b style="color:red"></b>

İran Prezidenti Həsən Ruhani və Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Azərbaycana səfər edəcəklər.

Bu barədə APA-ya açıqlamasında Məhəmməd Cavad Zərif bildirib.

Cavad Zərif deyib ki, o, İran Prezidenti ilə birgə Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının 25-26 oktyabr tarixlərində Bakıda keçiriləcək XVIII zirvə görüşündə iştirak üçün Azərbaycana gələcək.

 “İran Azərbaycanla çox yüksək səviyyədə əlaqələrə sahibdir. Ölkəmiz Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının 25-26 oktyabr tarixlərində Bakıda keçiriləcək XVIII zirvə görüşündə İran ən yüksək səviyyədə iştirak edəcək”, - iranlı nazir vurğulayıb.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.