525.Az

Yağış yağacaq

[15.10.13]
Yağış yağacaq<b style="color:red"></b> Oktyabrın 16-da Bakıda və Abşeron yarımadasında səhər buludlu olacağı arabir yağış yağacağı, günün ikinci yarısında yağışın tədricən kəsiləcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, mülayim cənub-küləyi arabir güclənəcək. Havanın temperaturunun Abşeronda gecə 10-14, gündüz 15-20, Bakıda gecə 12-14, gündüz 17-19 dərəcə isti olacaq.
 
Azərbaycanın rayonlarında oktyabrın 16-da arabir yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi ehtimal olunur. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 9-14, gündüz 15-20, dağlarda gecə 0-5, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.
 


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.