525.Az

Moskva sakininin ölümündə şübhəli bilinən azərbaycanlı Azərbaycanda da axtarışdadır

[15.10.13]
Moskva sakininin ölümündə şübhəli bilinən azərbaycanlı Azərbaycanda da axtarışdadır<b style="color:red"></b>

Moskvanın Qərbi Biryulevo rayonunda şəhər sakini Yeqor Şerbakovun qətlində şübhəli bilinən azərbaycanlı Orxan Zeynalov Azərbaycanda qətl ittihamı ilə axtarışdadır.

APA-nın RİA «Novosti» agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Moskva hökumətinin bu gün keçirilən iclasında DİN-in şəhər Baş İdarəsinin rəisi Anatoli Yakunin məlumat verib.

Onun sözlərinə görə, Moskva polisi Azərbaycandakı həmkarları ilə əlaqə saxlayaraq, O. Zeynalovun Azərbaycanda da ölüm üstündə axtarışda olduğunu öyrəniblər: «Hazırda şübhəli şəxsin saxlanılması üçün əməliyyat-axtarış tədbirləri görülür».
 
Xatırladaq Ki, Y .Şerbakovun bazar günü qətlə yetirilməsi Rusiya paytaxtının Qərbi Biryulevo rayonunda kütləvi iğtişaşlara səbəb olub.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.