525.Az

Misirin Milli günü münasibətilə Bakıda qəbul

[11.07.19]
Misirin Milli günü münasibətilə Bakıda qəbul <b style="color:red"></b>

"Azərbaycan-Misir dostluğu möhkəm özül üzərində qurulub".

APA-nın xəbərinə görə, bunu Misirin Azərbaycandakı səfiri Adel İbrahim ölkənin Milli günü münasibətilə Bakıda təşkil olunmuş rəsmi qəbulda deyib.

Ölkəsinin müstəqillik tarixindən söz açan səfir Misirlə Azərbaycan arasında dostluq əlaqələri mövcudluğunu diqqətə çatdırıb. O bundan sonra da ikitərəfli əlaqələrin inkişaf edəcəyinə əminliyini ifadə edib.

Tədbirdə çıxış edən Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov da qeyd edib ki, Azərbaycanla Misir arasında güclü dostluq əlaqələri mövcuddur və əlaqələrin potensialı çox böyükdür.

O, 2007-ci ildə prezident İlham Əliyevin Misirə səfərinin əlaqələrin inkişafına mühüm töhfə verdiyini vurğulayıb.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.