525.Az

Bak-Tbilisi qatarında baş vermiş hadisənin səbəbi məlum oldu

[09.07.19]
Bak-Tbilisi qatarında baş vermiş hadisənin səbəbi məlum oldu<b style="color:red"></b>

Ötən gecə Bakı-Tbilisi qatarında yaranmış problemin səbəbi məlum olub.

Azərbaycan Dəmir Yolları Qapalı Səhimdar Cəmiyyətindən (QSC) Trend-ə verilən məlumata görə, hadisə gecə saat 23:20 radələrində baş verib:

"Ötən gecə saat 23:20-də dəmir yolunun Padar-Sığırlı mənzilində kontakt şəbəkəsində yaranmış nasazlıq nəticəsində qatarların hərəkətində ləngimə olub.
 
Hərəkətdə olan 38/saylı Bakı-Tbilisi sərnişin qatarı yolda qalıb. Qatar teplovoz dartısı ilə Sığırlı stansiyasına gətirilib və oradan təyinatı üzrə yola salınıb".

QSC-dən bildiriblər ki, hadisə nəticəsində Bakı-Tbilisi sərnişin qatarının hərəkətində 2 saat gecikmə qeydə alınıb.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.