525.Az

“İlham Əliyev xalqın dəstəyi ilə növbəti beş ildə də Azərbaycana rəhbərlik edəcək”

[09.10.13]
“İlham Əliyev xalqın dəstəyi ilə növbəti beş ildə də Azərbaycana rəhbərlik edəcək”<b style="color:red"></b> Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında bu gün keçirilən prezident seçkiləri ilə bağlı mətbuat konfransı keçirilib.
 
YAP sədrinin müavini, icra katibi Əli Əhmədov bildirib ki, saat 08:00-da başlayan səsvermə saat 19:00-da başa çatıb və seçkilər baş tutmuş hesab edilir.
 
O qeyd edib ki, ilkin məlumatlara əsasən, YAP lideri İlham Əliyev növbəti dəfə qələbə çalıb: “Xalqın dəstəyi sayəsində İlham Əliyev növbəti beş ildə də Azərbaycana rəhbərlik edəcək. Keçirilən “exit poll”arın nəticələrinə əsasən də, İlham Əliyev seçicilərin 83%-dən çoxunun səsini qazanıb. Ümid edirik ki, yaxın vaxtlarda Mərkəzi Seçki Komissiyası da nəticələri gecikdirməyib elan edəcək”.
 
Ə. Əhmədov onu da qeyd edib ki, ilkin məlumatlara görə, seçkilərdə seçicilərin 70%-dən çoxu iştirak edib.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.