525.Az

"Azərbaycanda prezident seçkiləri yüksək səviyyədə təşkil olunub"

[09.10.13]
"Azərbaycanda prezident seçkiləri yüksək səviyyədə təşkil olunub"<b style="color:red"></b>

Azərbaycanda prezident seçkiləri yüksək səviyyədə təşkil olunub. Bunu Trend-ə ispaniyalı senator Xuan Xose Ortis Peres deyib.

İspaniyalı müşahidəçilər - Seçkilərin Müşahidəsi üzrə Avropa Akademiyasının müşahidə missiyasının üzvləri Xose Maria Çikvilyo Barber və Xuan Xose Ortis Peres seçkilərdə seçici aktivliyinin yüksək olduğunu bildiriblər:

"10-a yaxın seçki məntəqəsində seçki prosesini müşahidə etmişik. Hər şey normaldır. İndiyədək heç bir qanun pozuntusu qeydə almamışıq".

Onların sözlərinə görə, "exit-pol"ların keçirilməsi də seçkilərin şəffaflığını təmin edir. Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir.

Prezident seçkisində 10 namizəd mübarizə aparır. Onlar Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə, öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş, deputat Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev, "Demokratik Qüvvələrin Milli Şurası" Seçicilərin Təşəbbüs Qrupu tərəfindən namizədliyi irəli sürülmüş Cəmil Həsənli, Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov və Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğludur.
Azərbaycan Mərkəzi Seçki Komissiyası tərəfindən 5 145 643 seçici qeydə alınıb.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.