525.Az

"İyulda Tehranda Xəzər dənizi məsələlərinə aid növbəti iclas keçiriləcək"

[12.06.19]
"İyulda Tehranda Xəzər dənizi məsələlərinə aid növbəti iclas keçiriləcək"<b style="color:red"></b>

Xəzər dənizi məsələlərinə aid növbəti işçi iclası iyulda Tehranda keçiriləcək.

APA-nın məlumatına görə, bunu xarici içlər nazirinin müavini, Azərbaycan tərəfdən işçi qrupunun rəhbəri Xələf Xələfov deyib.

"Konvensiya imzalanandan sonra bu, sayca 3-cü görüş olacaq. Gündəlik dəyişmir. Son sammitdə qəbul olunan qərarlar, konvensiyadan irəli gələn vəzifələr və xüsusilə də baza xəttini müəyyən edən metodikanın müəyyən edilməsi üzrə saziş layihəsinin razılaşdırılması müzakirə ediləcək", - deyə, X.Xələfov vurğulayıb.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.