525.Az

Sənsiz keçən ad günü - Surxay Əlibəylinin xatirəsinə

[10.06.19]
Sənsiz keçən ad günü - <b style="color:red">Surxay Əlibəylinin xatirəsinə </b>

Əziz, Surxay müəllim! 70 yaşın da gəlib çatdı. İndi sənin doğum gününü dostların sənsiz keçirirlər. Dostların bir deyil, beş deyil. Hamı o günü yaxşı yadda saxlamışdı. Bilirdik ki, sən doğum gününü qeyri-adi keçirirsən. Özün kimi... Dostların ayrı-ayrı peşənin sahibləri idilər – sıravisindən tutmuş böyük ad-san sahiblərinə qədər.

İki dəfə ad günü keçirərdin. Səni tanıyanlar bilirdilər ki, ad gününü bir dəfə mütləq Qarabağda keçirirsən. Ən yaxınların səninlə Qarabağa gedərdilər. Gedə bilməyənlər üçün ikinci ad günü keçirərdin Bakıda...

70 yaş da gəlib çatdı. Amma 70 yaşını sənsiz qarşıladıq. İnana bilmədik yoxluğuna. Duzlu. şirin zarafatların hələ də qulaqlarımızdadır.

Yazdığın kitablar, Qarabağ, Ağdam üçün gördüyün işlər heç vaxt yaddan çıxmayacaq. Ağdam üçün sən elə bil heykəl qoymusan ki, əsrlər keçsə də uçub dağılmayacaq. Qərib, köçkün bacı-qardaşlarımız sənin əsərlərini oxuduqca təsəlli tapır, öz dədə-baba ocaqlarına qayıdacağına böyük ümidlər bəsləyirlər. Sən öz əsərlərinlə yüzlərlə səbri tükənmiş, ümidi qırılmış insanlara ümid verirsən...

Ad gününü dostların qeyd etdilər. Yığışıb məzarını ziyarət etdik. Ad günün mübarək! Ruhun şad olsun!

Həşim HƏSƏNOĞLU


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.