525.Az

Rusiya səfirindən Fuad Abbasovun deportasiyası məsələsinə münasibət

[10.06.19]
Rusiya səfirindən Fuad Abbasovun deportasiyası məsələsinə münasibət <b style="color:red"></b>

"Fuad Abbasovun hansı media qurumunu təmsil etdiyini bilmirəm. Mən bu məsələyə azərbaycanlı jurnalistin yox, Azərbaycan vətəndaşının məsələsi kimi baxıram".

APA-nın xəbərinə görə bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov mətbuat konfransında bildirib.

O qeyd edib ki, Rusiya tərəfinin məlumatına görə, F. Abbasov Rusiyada qalma müddəti başa çatdıqdan sonra lazımi qurumları məlumatlandırmayıb:

"Bu da kobud qanun pozuntusudur. Başqa ölkələrdə qanunsuz qalan şəxslərin deportasiyası nadir hal deyil. Bu sadəcə olaraq mətbuatın diqqətini cəlb edib”.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.