525.Az

"ASAN Wi-Fi"-ın əhatə dairəsini genişləndirilməsilə bağlı tədbirlər planı hazırlanır

[10.06.19]
"ASAN Wi-Fi"-ın əhatə dairəsini genişləndirilməsilə bağlı tədbirlər planı hazırlanır<b style="color:red"></b>

“ASAN Wi-Fi” xidmətinin əhatə dairəsinin genişləndirilməsi ilə bağlı xüsusi tədbirlər planı hazırlanır.

Bunu “APA-Economics”ə “ASAN xidmət”in Elektron Hökumətin İnkişaf Mərkəzindən deyiblər.

Mərkəzdən bildirilib ki, qeyd olunan tədbirlər planı yaxın 1 ay ərzində ictimaiyyətə təqdim olunacaq.

“Əsas məqamlardan biri odur ki, “ASAN Wi-Fi” xidmətinin əhatə dairəsinin əhəmiyyətli dərəcədə genişlənəcək. Bu xidmətin təyyarə və qatarlarda da əlçatan ola biləcəyi istisna deyil. Xidmətə dair yeni strategiya təsdiq olunandan sonra bütün məqamlar geniş ictimaiyyətə açıqlanacaq”, - deyə Mərkəzdən bildirilib.

Qeyd edək ki, “ASAN Wi-Fi” xidməti istifadəçilərə pulsuz internetdən istifadə imkanları yaratmaqla yanaşı, onları dövlət və sosial layihələr haqqında məlumatlandırmağa xidmət edir. “ASAN Wi-Fi” xidmətinin müxtəlif ictimai obyektlərdə quraşdırılması, daha geniş əhali kütləsinin ödənişsiz olaraq sistemin təqdim etdiyi xidmətlərdən istifadə etməsinə imkan yaradacaq.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.