525.Az

"Loqos" Mərkəzinin Xırdalan filialı açıldı

[15.05.19]
"Loqos" Mərkəzinin Xırdalan filialı açıldı <b style="color:red"></b>

"Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzinin Xırdalan filialının açılış mərasimi keçirilib.

Açılışda "Loqos" PNİM-in təsisçisi, psixologiya üzrə fəlsəfə doktoru Təranə Məmmədova, Abşeron İcra hakimiyyətinin nümayəndəsi Hafiz Mikayılov, Abşeron Rayon Təhsil Şöbəsinin müdiri Nazilə Məmmədova, İqtisadiyyat Nazirliyinin nümayəndəsi Ulduz Babayeva, ASGA-nın sədri Səbuhi Abbasov, QHT.tv rəhbəri Cəsarət Hüseynzadə, Xeberal.az saytının rəhbəri Mirismayıl Xələfli, sahibkar qadınlar, həkimlər, məktəb psixoloqları, "Loqos"un digər filiallarının icraçı direktorları və media nümayəndələri iştirak ediblər. Əvvəlcə yeni binanın lenti kəsilib və qonaqlar bina ilə tanış ediliblər.

Daha sonra qonaqları salamlayan "Loqos" PNİM-in təsisçisi Təranə Məmmədova qeyd edib ki, "Loqos" PNİM-in  sayca 10-cu, Bakı şəhəri üzrə isə 5-ci filialının açılışıdır.

Natiq vurğulayıb ki, bütün mərkəzlərin fəaliyyət istiqamətində bir amal dayanır: Vətəndaş məmnunluğu və onlara layiqli xidmət etmək.

Qonaqlar yeni filial münasibətilə "Loqos" kollektivini təbrik edib, yeni uğurlar diləyiblər.

Çıxışlardan sonra tədbir bədii hissə ilə davam edib.

ŞAHANƏ


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.