525.Az

Ramil Usubov: "Sabitliyi pozmaq cəhdlərinin qarşısı alınacaq"

[28.09.13]
Ramil Usubov: "Sabitliyi pozmaq cəhdlərinin qarşısı alınacaq"<b style="color:red"></b> "Prezident seçkilərinin təşviqat mərhələsi normal qaydada keçir".
 
APA-nın məlumatına görə, bunu daxili işlər naziri Ramil Usubov  dövlət televiziyasına müsahibəsində deyib. Nazir bildirib ki, prezidenliyə namizədlərin həm açıq, həm də qapalı görüşlər, mitinqlər keçirməsi üçün yerlər ayrılıb.
 
Onun sözlərinə görə, bu tədbirlər zamanı asayişin qorunması daxili işlər orqanları tərəfindən təmin edilir:"Bəziləri, Milli Şuranın üzvləri və onu dəstəkləyən insanlar düşünür ki, seçkiöncəsi mərhələ nümayişlərlə, mitinqlərlə müşayiət olunsa, polis-vətəndaş qarşıdurması, toqquşmalar yaransa, bu, daha demokratikdir, seçki ab-havasına daha uyğundur. Hesab edirəm ki, bu, kökündən yanlış fikirdir, Azərbaycanın daxilində sabitliyi pozmağa olan cəhdlərdir. Onlar bilməlidir ki, belə cəhdlərin hamısının qarşısı alınıb, alınacaq da".
 
Ramil Usubovun sözlərinə görə, Azərbaycan xalqının tam əksəriyyəti ölkədə sabitliyin, inkişafın tərəfdarıdır.
 
"Azərbaycanda xaos yaratmaq istəyənlər azlıq təşkil edir" - deyən daxili işlər naziri belə adamları qanuna dəvət edib.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.