525.Az

Gülər Əhmədovanın məhkəməsinin vaxtı açıqlandı

[28.09.13]
Gülər Əhmədovanın məhkəməsinin vaxtı açıqlandı<b style="color:red"></b>

Hazırda həbsə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə keçiriləcək məhkəmə prosesinin hazırlıq iclasının vaxtı təyin edilib.

APA-nın əldə etdiyi məlumata görə, hazırlıq iclası sentyabrın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək. Prosesə hakim Əlisultan Osmanov sədrlik edəcək.
 
Qeyd edək ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Fevralın 13-də isə G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib. Bundan sonra həmin müddət iki dəfə artırılıb.
 
G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə ) maddələri ilə təqsirli bilinir.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.