525.Az

Yağışlı və küləkli hava şəraiti gözlənili

[27.09.13]
Yağışlı və küləkli hava şəraiti gözlənili<b style="color:red"></b>

Gələn ildən etibarən Azərbaycanda ali təhsil müəssisələrinə və rezidenturaya qəbul imtahanlarının keçirilmə tarixiləri dəyişdiriləcək. Lent.az-ın xəbərinə görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi yekun mətbuat konfransında deyib ki, 2014-cü tədris ilində əvvəlki illərin məzunları ali məktəblərə qəbul imtahanlarını aprel ayında verəcək:
 
“Biz nəzərdə tutmuşuq ki, əvvəlki illərin məzunları qəbul imtahanlarını yayda deyil, apreldə versinlər. Onların balları apreldə də məlum olacaq. Təbii ki, əvvəlki illərin məzunları müsabiqədə bu ilin məzunları ilə birgə iştirak edəcəklər. Bu ilin məzunlarının balları məlum olduqdan sonra müsabiqə yerləri elan ediləcək və onlar müsabiqədə iştirak edəcəklər. Beləliklə, biz imtahan prosesini yay aylarında daha çevik keçirə biləcəyik”.
 
TQDK sədri qeyd edib ki, üçüncü sınaq imtahanından sonra əvvəlki illərin məzunları üçün qəbul imtahanları keçiriləcək. Bunların təşkilatı nöqteyi-nəzərdən yeniliklər olduğunu deyən M. Abbaszadə bildirib ki, yeniliklər elan olunur və hər kəs indidən öz planlarını qura bilərlər.

M. Abbaszadə Azərbaycanda rezidenturaya keçiriləcək qəbul imtahanının vaxtının dəyişiləcəyini də açıqlayıb: “Hazırda rezidenturaya qəbul imtahanlarının 1-ci və 2-ci mərhələsi ardıcıl şəkildə iki gün ərzində keçirilir. Səhiyyə Nazirliyinin razılığı ilə rezidenturanın birinci mərhələsinin də martda keçirilməsi, fevralda isə sənəd qəbulunun aparılması planlaşdırılır. Rezidenturanın ikinci mərhələsinin isə yay aylarında keçirilməsi nəzərdə tutulur. Rezidenturanın ilk mərhələsi baza fənləri üzrə keçirilir. Baza fənlərinin tədrisi isə I, II və III kursda başa çatır. Ona görə də onların fevralda imtahan verməsində hansısa çətinliklər olmayacaq”.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.