525.Az

"Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün tərəflərin dialoqunu alqışlayırıq"

[15.04.19]
"Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün tərəflərin dialoqunu alqışlayırıq"<b style="color:red"></b>

ABŞ ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yönəlmiş tərəflər arasındakı görüşləri alqışlayır.

"Report" xəbər verir ki, bunu ABŞ Dövlət katibinin Narkotik Vasitələrin Beynəlxalq Dövriyyəsi ilə Mübarizə və Hüquq-mühafizə Fəaliyyəti üzrə Bürodakı köməkçisinin müavini Riçard Qlenn deyib.

"Həmsədr ölkə olaraq bu gün Moskvada keçirilən görüş kimi görüşləri və münaqişənin sülh yolu ilə həll olunmasına yönəlmiş dialoq və kontaktları alqışlayırıq", - ABŞ Dövlət katibinin köməkçisinin müavini bildirib.

Azərbaycanın işğal olunmuş ərazilərində - Dağlıq Qarabağda narkotiklərin qanunsuz dövriyyəsi məsələsinə münasibət bildirən R.Qlenn vurğulayıb ki, ABŞ mənbəyindən asılı olmayaraq, narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınmasının tərəfdarıdır.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.