525.Az

Qorxmaz Hüseynov Livanda səfərdə olub

“AZƏRSU” SƏDRİNİN RƏHBƏRLİK ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİ 7-ci BEYRUT BEYNƏLXALQ SU HƏFTƏSİ ÇƏRÇİVƏSİNDƏ TƏŞKİL OLUNAN TƏDBİRLƏRDƏ İŞTİRAK EDİB


[15.04.19]
Qorxmaz Hüseynov Livanda səfərdə olub<b style="color:red"></b>

Aprelin 8-dən 10-dək Livanda 7-ci Beyrut Beynəlxalq Su Həftəsi keçirilib.

Su həftəsi çərçivəsində təşkil olunan tədbirlərdə iştirak etmək üçün “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin ASC-nin sədri, Dünya Su Şurası İdarə Heyətinin üzvü Qorxmaz Hüseynovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Livanda səfərdə olub.

ASC-dən verilən məlumata görə, 2008-ci ildən indiyədək keçirilən Beyrut Su Həftəsi Aralıq dənizi və digər ölkələrlə birgə əməkdaşlıq baxımından mühüm əhəmiyyət daşıyır. Həftə çərçivəsində bir sıra tədbirlər, o cümlədən, Dünya Su Şurası İdarə heyətinin 68-ci iclası keçirilib. İclasda şuranın növbəti 3 illik fəaliyyət planı, 8-ci Dünya Su Forumunun son hesabatları, 9-cu Dünya Su Forumuna hazırlıq işləri və digər məsələlər müzakirə olunub.

Tədbirdə çıxış edən “Azərsu” sədri Q.Hüseynov Azərbaycanda içməli su təchizatı və sanitariya xidmətləri barədə məlumat verib. O bildirib ki, “Azərsu” suyun mənbələrdən götürülməsi, emalı, nəqli və satışını təşkil edir, tullantı sularının təmizlənməsini təmin edir. Eyni zamanda, su və sanitariya sahəsində layihələndirmə və inşaat, işlərini həyata keçirir. 2013-cü ildən Dünya Su Şurasına üzv olan səhmdar cəmiyyət bu təşkilatla sıx əməkdaşlıq edir.

İclasda təşkilati məsələlərə də baxılıb. Dünya Su Şurasına 9 yeni üzvün qəbul olunması müzakirə edilib və müsbət qərar qəbul olunub.

Qeyd edək ki, onlardan 2-si (“Caspian Business Management and Consulting” və “Ekol” Mühəndislik Xidmətləri) Azərbaycan şirkətləridir.

Səfər müddətində “Azərsu” sədri Dünya Su Şurasının prezidenti Lui Fuşon, Beynəlxalq Su Resursları Asossiasiyasının fəxri prezidenti Patrik Lavarde, Mərakeşin İçməli Su və Enerji üzrə Milli Agentliyinin direktoru Abdelrahim El Hafidi, Türkiyə Su İnstitutunun prezidenti Ahmet Saatçi, Portuqaliya Su və Tullantı Su Xidmətləri Asossiasiyasının prezidenti Rui Qodinho, Su üzrə Beynəlxalq Ofisin icraçı direktoru Erik Tardieu, Koreya Su Forumunun meneceri Jiyeon June Lee və digər rəsmi şəxslərlə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparıb. 

C.ABASOV


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.