525.Az

Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir

[10.09.13]
Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir<b style="color:red"></b> Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən 2013-2014-cü tədris ili üçün Azərbaycanda baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidentura səviyyəsinə qəbul imtahanının ikinci mərhələsini keçirir.

TQDK-nın mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, rezidenturaya qəbul imtahanı test üsulu ilə iki mərhələdə keçirilir. Dünən keçirilmiş birinci mərhələnin imtahanında namizədin təhsil aldığı baza ali tibb təhsilinə müvafiq olaraq baza fənləri üzrə bilikləri yoxlanılıb. İkinci mərhələdə isə namizədin ixtisas sahəsində biliklərinə qiymət verilir.
 
İmtahanında iştirak etmək üçün 1297 nəfər elektron ərizə təsdiqlədib. Onlardan 942 nəfəri qız, 355 nəfəri oğlandır. Bakı şəhərində 1281, Naxçıvanda isə 16 namizədin imtahan verəcəyi nəzərdə tutulur. Bu il rezidenturaya qəbul aparılacaq plan yerlərinin sayı 528-dir.
 
Rezidenturaya qəbul olunmaq üçün ixtisas seçimi imtahanın ikinci mərhələsinin nəticələri elan olunduqdan sonra aparılacaq. İxtisas seçiminə iki mərhələ üzrə imtahandan topladığı ümumi balı ilə yanaşı, baza və ixtisas fənləri üzrə ayrılıqda topladığı balı da TQDK tərəfindən müəyyən edilən müsabiqə şərtlərinə uyğun olan namizədlər buraxılacaqlar.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.