525.Az

Obama Suriyaya zərbəni təxirə sala bilər

[10.09.13]
Obama Suriyaya zərbəni təxirə sala bilər<b style="color:red"></b> ABŞ prezidenti Barak Obama Suriya kimyəvi silahının beynəlxalq nəzarətə verilməsi ilə bağlı Rusiyanın təşəbbüsünü «potensial sıçrayış» adlandırıb.
 
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, o, deyib ki, belə bir halda ABŞ Suriyaya zərbəni təxirə sala bilər. Bununla yanaşı Obama Suriyadakı rejimin belə bir addım atacağına şübhələndiyini də vurğulayıb.
 
Ağ Evin yiyəsi etiraf edib ki, Suriyaya hərbi zərbə endirməsi ilə bağlı konqresin razılığını almamaq ehtimalı da var.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.