525.Az

İlham Əliyev Lənkəranda Gənclər Mərkəzinin açılışında iştirak edib

[06.09.13]
İlham Əliyev Lənkəranda Gənclər Mərkəzinin açılışında iştirak edib<b style="color:red"></b> Sentyabrın 5-də prezident İlham Əliyev Lənkəranda Gənclər Mərkəzinin açılışında iştirak edib.

525.az-ın verdiyi xəbərə görə, dövlət başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev prezident İlham Əliyevə bildirib ki, üçmərtəbəli binanın tikintisinə ötən ilin iyulunda başlanıb və tikinti işləri bu ilin avqustunda başa çatdırılıb. Ərazisi 1610 kvadratmetr olan mərkəz respublikadakı ən böyük gənclər mərkəzlərindən biridir.
 
Diqqətə çatdırılıb ki, mərkəzin foyesində Heydər Əliyevin və prezident İlham Əliyevin ictimai-siyasi fəaliyyətinin müxtəlif məqamlarını, eləcə də gənclərlə görüşlərini əks etdirən fotolardan ibarət guşələr yaradılıb. Binanın birinci mərtəbəsindəki şahmat və internet otaqları bütün lazımı avadanlıqlarla təchiz olunub. Gənclər Mərkəzində kompyuter bilikləri və xarici dil üzrə xüsusi kursların təşkili də planlaşdırılır. Müasir konfrans zalına malik mərkəzdə gənclər üçün müxtəlif mövzularda dəyirmi masalar keçirmək mümkün olacaq. Bundan başqa, mərkəzdəki 3D formatlı kino klubda ABŞ, Fransa və Yaponiya istehsalı olan ən son avadanlıq quraşdırılıb və 3D formatlı filmlərin nümayişi üçün şərait yaradılıb. Mərkəzdə gənclər kafesi də fəaliyyət göstərəcək.
 
Bildirilib ki, binanın ikinci mərtəbəsində ümummilli lider Heydər Əliyevin və prezident İlham Əliyevin gənclər siyasətini əks etdirən fotogüşələr yaradılıb. Bu mərtəbədə fəaliyyət göstərəcək əyləncə mərkəzində müxtəlif oyun aparatları quraşdırılıb. Burada yaradılmış atıcılıq salonu ən müasir avadanlıqla təchiz olunub. Salonda gənclərin ibtidai hazırlıq keçmələri və interaktiv, pnevmatik avtomatdan atəşaçma bacarıqlarının yüksəldilməsi istiqamətində məqsədyönlü işlər aparılacaq. Yaradıcılıq mərkəzində gənclər həm sənət öyrənəcək, həm də onların əl işləri sərgilənəcək. Gənclər Mərkəzinin üçüncü mərtəbəsində isə 30 yerlik qapalı, 150 yerlik açıq zal fəaliyyət göstərəcəkdir. Bir sözlə, mərkəz gənclərin asudə vaxtlarının səmərəli təşkilində, onların ictimai fəallığının yüksəldilməsində mühüm rol oynayacaq.
 
Prezident İlham Əliyev yeni mərkəzdə cənub regionun ali məktəblərə builki qəbul imtahanlarında yüksək bal toplamış gəncləri ilə görüşüb.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.