525.Az

“Fərhad və Rafiq Əliyevlərin əfv müraciətinə baxılacaq”

[05.09.13]
“Fərhad və Rafiq Əliyevlərin əfv müraciətinə baxılacaq”<b style="color:red"></b>

 “Əfv haqqında əsasnaməyə uyğun olaraq hər bir məhkum müəyyən müddət cəza çəkəndən sonra əfvlə bağlı ölkə prezidentinə müraciət etmək hüququna malikdir. Bu halda bütün müvafiq sənədlər və məhkumun ərizəsi aidiyyəti üzrə Prezident Administrasiyasının əfv üzə sektoruna göndərilir”.

Bunu APA-ya açıqlamasında Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov Azərbaycanın sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev və qardaşı Rafiq Əliyevin əfv ərizəsi yazması xəbərinə münasibət bildirərkən deyib.
 
Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasından isə
APA-ya Fərhad Əliyev, qardaşı Rafiq Əliyev və anaları Şövkət Əliyevanın prezident İlham Əliyevə əfvlə əlaqədar ünvanladıqları məktubun komissiyaya daxil olduğu bildirilib.
 
Məlumata görə, Fərhad və Rafiq Əliyev qardaşlarının əfv olunması xahişi barədə məktuba komissiyada baxılaraq araşdırılacaq.
 
Qeyd edək ki, Fərhad və Rafiq Əliyev qardaşlarının vəkilləri Elton Quliyev aznews.az saytına Əliyev qardaşlarının əfvlə bağlı müraciət etdiklərini deyib. Vəkil APA-ya açıqlamasında da bu məlumatı təsdiqləyib.
 
F. Əliyevin digər vəkili Muxtar Mustafayev də APA-ya açıqlamasında Əliyev qardaşlarının və analarının əfv ərizəsi yazdıqlarını bildirib.
 
Həbsdə olan digər sabiq nazir Əli İnsanovun vəkili Toğrul Babayev isə APA-ya açıqlamasında müdafiə etdiyi şəxsin də əfv ərizəsi yazması barədə məlumatları təkzib edib.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.