525.Az

Respublika stadionunun ot örtüyü dəyişdirildi

[05.09.13]
Respublika stadionunun ot örtüyü dəyişdirildi<b style="color:red"></b> Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyü yenilənib. Bu haqda Lent.az-a mərkəzi arenanın direktoru Akif İsmayılov məlumat verib.
 
Onun sözlərinə görə, meydanın 70 faizədək hissəsinə yeni örtük döşənib, qalan bölümünə isə toxum səpilib. İsmayılov yaxın 10 gün ərzində meydanın oyun keçirmək üçün hazır vəziyyətdə olacağını açıqlayıb. Direktor bildirib ki, “Qarabağ” komandası sentyabrın 21-də Topaz Premyer Liqasının VII tur matçında “Simurq”u məhz bu arenada qəbul edə biləcək.
 
Qeyd edək ki, Respublika stadionunun ot örtüyündə bir müddət öncə problemlər yaranmağa başlamışdı. “Qarabağ”ın futbolçuları avqustun 22-də Almaniya “Ayntraxt”ı ilə Avropa Liqasının ilk “pley-off” matçında 0:2 hesablı məğlubiyyətə səbəblərdən biri kimi meydanın vəziyyətini də göstərmişdilər. Ağdam təmsilçisi Premyer Liqada “Xəzər Lənkəran” və AZAL-la son 2 ev oyununu 8-ci km qəsəbə stadionunda keçirməli olub.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.