525.Az

Ermənilər müdafiə sistemini modernləşdirir

[05.09.13]
Ermənilər müdafiə sistemini modernləşdirir<b style="color:red"></b>

Ermənilər işğal etdikləri Azərbaycan ərazilərində hava hücumundan müdafiə sistemini modernləşdirəcəklər.

 
APA-nın Ermənistan mediasına istinadən verdiyi məlumata görə, bu ilin sonunadək Dağlıq Qarabağdakı əsas hava hücumundan müdafiə sistemində modernləşdirilmə işlərinə başlanacaq.
 
Modernləşməyə daha çox radiolokasiya stansiyalarında ehtiyacın olduğu bildirilir.
 
Qeyd edək ki, bir müddət əvvəl ermənilər silahlanmalarında olan S-300 sistemlərinin modernləşdirilməsinə başlayacaqlarını açıqlayıblar. Ekspertlərin fikrincə, Ermənistanın istifadəsində yer alan S-300 kompleksləri köhnə modifikasiyalar olduğundan müasir hava hücumundan müdafiə tələblərini qarşılamır.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.