525.Az

Konfutsi İnstitutunda Çin mədəniyyət ocağına dair kitab çap olundu

[11.01.19]
Konfutsi İnstitutunda Çin mədəniyyət ocağına dair kitab çap olundu <b style="color:red"></b>

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu "Azərbaycan çinşünaslığı" layihəsi çərçivəsində "Konfutsi İnstitutu" adlı kitab nəşr etdirib.

Azərbaycan və Çin dillərində nəşr olunan kitab ADU-nun Konfutsi İnstitutunun maarifçilik, elm və təhsil fəaliyyətinə həsr olunub. Kitabda ADU-nun Konfutsi İnstitutunun yaranma və inkişaf tarixi, ADU və Konfutsi İnstitutunun müəllim, professor heyətinin Çində keçirilən beynəlxalq forumlarda və Dünya Konfutsi İnstitutları Konfranslarında iştirakı, eləcə də ADU-nun rektoru akademik Kamal Abdullayevin Çinin aparıcı universitet və elm mərkəzlərinin nümayəndələri ilə Azərbaycan-Çin humanitar əməkdaşlığının genişləndirilməsinə yönəlmiş görüşləri haqqında məlumat verilib.

Kitabda Konfutsi İnstitutu tərəfindən keçirilmiş, Ümummilli lideri Heydər Əliyevin siyasi irsinin öyrənilməsinə və Azərbaycan prezidenti İlham Əliyevin çoxtərəfli Azərbaycan-Çin əlaqələrinin inkişafı istiqamətində fəaliyyətinə həsr olunmuş elmi-tələbə seminarlarının materiallarına xüsusi yer verilib. Xüsusilə ADU Konfutsi İnstitutunun tərəfdaşı olan Çinin Huzhou Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş "Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası" adlı I Beynəlxalq elmi konfransın seksiya iclasının keçirilməsi vurğulanıb. Kitabda Çin və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə ayrıca bölmə həsr olunub və burada xüsusilə Konfutsi İnstitutu tərəfindən Çin dilində nəşr edilmiş, Azərbaycan prezidenti İlham Əliyevin Azərbaycan və Çin arasında ənənəvi dostluq münasibətləri, hərtərəfli əməkdaşlığın möhkəmləndirilməsi və inkişafı istiqamətində fəaliyyətinə həsr olunmuş "İlham Əliyev - iki qədim xalqın dostluğunun müasir davamçısı" adlı kitabın və Azərbaycan dilində çapdan çıxmış, Çin Xalq Respublikasının Sədri Si Cinpinin dövlət idarəçiliyinin müasir konsepsiyasına və Çin rəhbərliyinin siyasi strategiyasına həsr olunmuş çıxışlarının əsas tezislərindən ibarət toplunun təqdimatları haqqında məlumat verilib.

Eyni zamanda, kitabda ADU-nun Konfutsi İnstitutu tərəfindən aparılan Çin dili və Azərbaycan-Çin ədəbi əlaqələri haqqında elmi və metodiki seminarlar, Çin dilində ixtisas imtahanlar, ADU tələbələrinin Çin dilində linqvokulturologiya təcrübələr və beynəlxalq dil müsabiqələrində iştirakı, Azərbaycanda çinli şagirdləri üçün yay düşərgələrinin təşkili ilə bağlı materiallar da yer alır. Kitab ADU-nun Konfutsi İnstitutu filiallarının Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda, mədəniyyət və incəsənət sahəsinin aparıcı universitetlərində, ictimai təşkilatlarda, Çin tarixində ilk dəfə olaraq, Xuçjou Universitetində Azərbaycan dili və mədəniyyətinin elmi tədqiqat mərkəzində fəaliyyətini əks etdirir. Xüsusilə Çinin siyasi tarixi və fəlsəfəsi, iqtisadiyyat və mədəniyyət sahəsində Azərbaycan-Çin əməkdaşlığı üzrə elmi seminarlar haqqında məlumat verilir. Kitabda ADU-nun Konfutsi İnstitutunun Çində Azərbaycan mədəniyyəti və Azərbaycanda Çin mədəniyyətini təbliğ etmək istiqamətində fəaliyyəti haqqında məlumatlar da var. Xüsusilə ənənəvi Çin bayramlarının keçirilməsi, Çin sənətçilərinin konsertləri, birgə teatr quruluşu, "Azərbaycan muzeylərində Çin mədəni irsi", "Çin və Azərbaycan kulinariya sənəti", "Çin musiqi və teatr incəsənəti", "Çin ənənəvi təbabəti və gimnastika" və s. Kitabın müəllifi, ADU Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasovdur.

S.QARAYEVA


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.