525.Az

“Region Gənclərinin I Sahibkarlıq Forumu” keçiriləcək

[11.01.19]
“Region Gənclərinin I Sahibkarlıq Forumu” keçiriləcək<b style="color:red"></b> Azərbaycan Respublikasının Gənclər Fondunun maliyə dəstəyi, “Odlar Yurdu” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə respublikada ilk dəfə “Region Gənclərinin I Sahibkarlıq Forumu” həyata keçiriləcək.

Layihənin icrasında əsas məqsəd region gənclərinin sahibkarlıq fəaliyyətinə cəlb olunması, həvəsləndirilməsi, onların investisiya layihələrinin reallaşdırılması istiqamətində mövcud imkanlar haqqında məlumatlandırılması və öz bizneslərini qurmaları üçün lazım olan ilkin biliklərə sahiblənmələrinə şərait yaratmaqdır.

Birliyin sədri Nigar Ələsgərova layihənin ilkin hazırlıq mərhələsinin uğurla yekunlaşdığını bildirib:

“Bu gün ölkəmizdə iqtisadiyyatın əsas məqsədi qeyri-neft sektorunun inkişaf etdirilməsidir. Bu sektoru inkişaf etdirmək üçün sahibkarlığın inkişafı ən əsas şərtlərdəndir. "2015-2025-ci illərdə Azərbaycan
gənclərinin İnkişaf Strategiyası"ndakı mühüm vəzifələrdən biri də gənclərin sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və məşğulluğun təmin edilməsidir. Həmçinin “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının məqsəd və vəzifələrindən biri də (2.1.10. Gənclər arasında sahibkarlıq fəaliyyətinin təşviqi) məhs gənclər arasında sahibkarlığın inkişafına həsr olunub.

”Odlar Yurdu” Gənclər İctimai Birliyi olaraq da hər zaman gənclər sahəsində həyata keçirilən dövlət siyasətinə töhfə verməyə çalışmışıq. Elə bu səbəbdən də birliyin 2019-cu il prioritet istiqamətlərindən biri məhs sahibkarlıq fəaliyyətidir.

İcra edəcəyimiz layihə gənclərin, xüsusilə, region gənclərinin sahibkarlıq fəaliyyətinə həsr olunub. Layihə çərçivəsində həyata keçiriləcək “Brave Heart”-Region Gənclərinin 1-ci Sahibkarlıq Forumu”nda gənclər peşəkar təlimçilərin təlimlərində öz bizneslərini qurmaları üçün lazım olan ilkin biliklərə yiyələnəcək.

Uğurlu gənc sahibkarlarla tanış olacaq, onların gələcək əməkdaşlığına zəmin yaradılacaq. Uğur
hekayələrini dinləyib, onları narahat edən suallara cavab tapacaqlar.

Forum zamanı gənclər mövcud biznes ideyasının dinlənilməsi, təhlil olunması və düzgün istiqamətləndirilməsi ilə yanaşı mövcud investisiya imkanları haqqında da məlumatlandırılacaqlar”.

Qeyd edək ki, layihə Azərbaycan Gənclər Fondunun XI Qrant Müsabiqəsi çərçivəsində qalib olub. 1 dekabr 2018 -1 mart 2019-cu il tarixlərini əhatə edir.

Layihə çərçivəsində həyata keçiriləcək forum isə 15-16 fevral 2019-cu il tarixində Gəncə şəhərində baş tutacaq. Layihədə iştirak etmək istəyən gənclər bu linkdən qeydiyyatdan keçə bilərlər.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.