525.Az

Azərbaycan əsgəri dünyasını dəyişib

[05.09.13]
Azərbaycan əsgəri dünyasını dəyişib<b style="color:red"></b>

 Azərbaycan əsgəri dünyasını dəyişib. APA-nın məlumatına görə, hadisə Naxçıvan Muxtar Respublikasında qeydə alınıb.

Dövlət Sərhəd Xidmətinin Naxçıvanda yerləşən “N” saylı hərbi hissəsinin əsgəri, 25 yaşlı Savəddinov İmran Şöhrət oğlunun meyiti yük maşınında tapılıb. Ölümün səbəbləri hələlik məlum deyil.
 
Qeyd edək ki, İ. Savəddinov Ağdaş rayonundan həqiqi hərbi xidmətə çağırılıb.
 
DSX-nin mətbuat mərkəzindən məsələyə münasibət öyrənmək mümkün olmayıb.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.