525.Az

Heydər Əliyev Fondu yeni aksiya keçirir

[04.09.13]
Heydər Əliyev Fondu yeni aksiya keçirir<b style="color:red"></b>

Artıq 10 ildir ki, Heydər Əliyev Fondu yeni tədris ili ərəfəsində “Təhsilə dəstək” layihəsi çərçivəsində aksiya həyata keçirir.

 
Fonddan APA-ya verilən məlumata görə, ənənəyə çevrilmiş aksiya   qaçqın və məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərini  çanta və dərs ləvazimatı ilə təmin edir.
 
2013-2014-cü dərs ili ərəfəsində gerçəkləşən növbəti aksiya respublikanın müxtəlif bölgələrində ilk dəfə məktəbə gedəcək qaçqın və məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərini əhatə edir. Onlar üçün  nəzərdə tutulmuş 15 minə yaxın çanta və dərs ləvazimatı artıq məktəblərə paylanıb. Məktəb həyatına Fondun töhfəsi ilə başlayan birinci sinif şagirdlərinə təqdim olunan çantaya 15 adda dərs ləvazimatı – fənn dəftərləri, üç adda albom, rəngli karandaşlar, plastilin, boya, qayçı, qələm və s. qoyulub.
 
Ötən illərdə Fond qaçqın və məcburi köçkün ailələrindən olan birinci sinif şagirdləri ilə yanaşı, xaricdə yaşayan soydaşlarımıza da öz töhfəsini göndərmişdir. 2008-2009-cu dərs ilində həyata keçirilən aksiya isə bütün ölkə üzrə nəzərdə tutulduğundan birincilərə paylanan çantaların sayı 130 minə bərabər olub


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.