525.Az

Ermənistan Müdafiə Nazirliyində kadr dəyişiklikləri olub

[04.09.13]
Ermənistan Müdafiə Nazirliyində kadr dəyişiklikləri olub<b style="color:red"></b> General-mayor İşxan Matevosyan Ermənistan Müdafiə Nazirliyinin V Ordu Korpusunun komandiri təyin edilib. Trend-in "Armenia Today"ə istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan Prezidenti Serj Sarkisyanın imzaladığı əmrdə deyilir.

Prezidentin digər əmri ilə İşxan Matevosyan Ermənistan Hərbi Qüvvələrinin Hərbi Hazırlıq İdarəsinin rəisi vəzifəsindən azad edilib.

Bundan başqa, Prezidentin əmri ilə Tiqran Xaçatryan 5 il müddətinə Ermənistan Hərbi Qüvvələrinin Hərbi Hazırlıq İdarəsinin rəisi vəzifəsinə təyin edilib.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.