525.Az

Fransa şirkətinin BTQ üçün istehsal etdiyi ilk yük lokomotivi nə vaxt gətiriləcək?

[07.12.18]
Fransa şirkətinin BTQ üçün istehsal etdiyi ilk yük lokomotivi nə vaxt gətiriləcək?<b style="color:red"></b>

Fransa şirkətinin Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu xətti üçün istehsal etdiyi ilk yük lokomotivinin Azərbaycana gətirilməsinin dəqiq vaxtı məlum olub.

"Azərbaycan Dəmir Yolları" (ADY) Qapalı Səhmdar Cəmiyyətindən Trend-ə bildirilib ki, yük lokomotivi yaxın günlərdə ölkəyə gətiriləcək:

"Son vaxtlar Azərbaycan Dəmir Yollarının lokomotiv parkının yenilənməsi istiqamətində də mühüm addımlar atılır. "Azərbaycan Dəmir Yolları" QSC ilə Fransanın "Alstom Transportation S.A." şirkəti arasında 12 may 2014-cü il tarixdə bağlanmış müqaviləyə əsasən, ADY "Alstom" şirkətinin istehsalı olan 50 ədəd dəyişən cərəyanla işləyən yük lokomotivinin alınmasını planlaşdırır".

Qeyd olunub ki, 2018-ci il iyunun 25-də Qazaxıstanın "Astana" xüsusi iqtisadi zonasının ərazisində yerləşən EKZ zavodunda "Alstom Transportation S.A." şirkətinin Azərbaycan üçün istehsal etdiyi ilk yük lokomotivinin - Prima T8-in (AZ8A) təqdimat mərasimi keçirilib: "Birinci yük lokomotivinin bu ilin sonu - gələn ilin əvvəllərində Azərbaycana gətirilməsi nəzərdə tutulur".

Bundan əvvəl "Alstom" şirkətindən Trend-ə bildirmişdilər ki, ilk yük lokomotivi bu il dekabrın ikinci yarısında Azərbaycana gətiriləcək. 2019-cu ilin fevralında ilk AZ8A lokomotivi test rejimində Gəncə və Böyük Kəsik stansiyaları arasında xəttə buraxılacaq.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.