525.Az

Nauert ABŞ-ın BMT-dəki yeni daimi nümayəndəsi təyin edilə bilər

[07.12.18]
Nauert ABŞ-ın BMT-dəki yeni daimi nümayəndəsi təyin edilə bilər<b style="color:red"></b>

ABŞ prezidenti Donald Tramp Dövlət Departamentinin rəsmi nümayəndəsi Hezer Nauerti ölkənin BMT-dəki daimi nümayəndəsi təyin etmək qərarına gəlib.

Trend-in məlumatına görə, bu barədə "Bloomberg" agentliyi məsələdən xəbərdar 3 mənbəyə istinadən xəbər verir.

Qeyd edək ki, ABŞ-ın BMT-dəki yeni daimi nümayəndəsi Nikki Heyli ilin sonunda öz vəzifəsini tərk edəcəyini bildirib.

ABŞ prezidentinin daimi nümayəndəni təyin etməsindən sonra onun namizədliyini ABŞ Senatı təsdiqləməlidir.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.