525.Az

Spiker: "Belə cılız hərəkətlərlə Azərbaycan-Rusiya münasibətlərini poza bilməzlər"

[07.12.18]
Spiker: "Belə cılız hərəkətlərlə Azərbaycan-Rusiya münasibətlərini poza bilməzlər"<b style="color:red"></b>

Rusiya Dövlət Dumasının üzvü Konstantin Zatulin barəsində çox şey demək olar. Zatulin Dövlət Dumasının üzvü olmamışdan öncə də Azərbaycana qarşı düşmən mövqe tutan insanlardan biri idi.

Trend-in məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədri Oqtay Əsədov deyib.

O.Əsədov bildirib ki, K.Zatulin həmişə erməni diasporunun dəstəyi ilə çalışıb:

“Parlamentə seçildiyi regionda da erməni diasporu ona dəstək verib”

Spiker qeyd edib ki, “Lazarev klubu”nda bir neçə rusiyalıdan başqa erməni mənşəllilər təmsil olunur:

“Lazarevin kökü də erməni olub. O vaxt Azərbaycanda qırğınlar törədənlərdən biri olub. Belə cılız hərəkətlərlə Azərbaycan-Rusiya münasibətlərini poza bilməzlər. Mən artıq Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının sədri Vyaçeslav Volodinə məktub yazmışam. Yəqin ki, bir ölçü götürüləcək”.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.