525.Az

Sərdar Amindən yeni roman

[06.12.18]
Sərdar Amindən yeni roman <b style="color:red"></b>

Yazıçı Sərdar Aminin "Su sərgisi" romanı nəşr olunub.

525.az-ın məlumatına görə, romanda ömrünə 1 ay qaldığını öyrənən gəncin son günlərindən bəhs edilir. Ölüm qarşısında laqeydləşən gənc son ümid kimi türkçarəçi qocadan xəstəliyini gizləyir. Bu yalandan xəbər tutan müdrik isə gəncə artıq sağaldığını deyərək, yalana yalanla cavab verir. İki müqəddəs yalan bir həyatı xilas edəcəkmi?

"Qanun" Nəşriyyatında çap olunan romanın təqdimat mərasimi dekabrın 15-i, saat 15:00-da Azərbaycan Dillər Universitetinin akt zalında baş tutacaq.

"Su sərgisi" Sərdar Aminin üçüncü kitabıdır. Müəllifin "Qaratoyuq nəğməsi" (2013) romanı və "Şeiraltı" (2015) şeirlər toplusu nəşr olunub.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.