525.Az

"Həkim də təzyiq qarşısında aciz qaldığı üçün hüquqi yardıma ehtiyacı olur"

[05.12.18]
"Həkim də təzyiq qarşısında aciz qaldığı üçün hüquqi yardıma ehtiyacı olur"<b style="color:red"></b>

Bəzən həkim də təzyiq qarşısında aciz qalır. Buna görə çox zaman həkimə də hüquqi yardımın göstərilməsinə ehtiyac yaranır.

Trend-in məlumatına görə, bunu Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli deyib.

Rektor buna misal olaraq, rastlaşdığı bir halı qeyd edib: “Məsələn, 4 il əvvəl ürək əməliyyatı olunan bir xəstə mənim qəbuluma gələrək düzgün əməliyyat edilmədiyini, onu əməliyyat edən həkimi işdən çıxarmağımı tələb etdi. Ancaq heç kəs ona “Sənə kim deyib ki, düzgün əməliyyat edilməmisən? Sən düzgün əməliyyat edilməsəydin, 4 ildən sonra buraya sərbəst gələ bilərdinmi?” sualını vermir. Amma o, nəyəsə əsaslanaraq istər həkim, istərsə də klinika üçün kifayət qədər gərgin atmosfer yaradır”.

AMEA Hüquq və İnsan Haqları İnstitutunun direktoru Aytən Mustafayeva isə məsələ ilə əlaqədar bildirib ki, səhiyyə sahəsində hüquqi münasibətlərin olması həm pasiyentlərin hüquqlarını qorumağa, həm də həkimləri sığortalamağa yardım edir:

“Həkimlər də öz hüquqlarını bilməlidirlər. Bu hüquqları qorumaq üçün hüquqi münasibətlər mütləq olmalıdır. Həm pasiyent, həm də həkim məsuliyyət daşımalıdır. Hüquqi münasibətlər olduqda həkim və pasiyent arasında etibarlı münasibətlər formalaşır”.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.