525.Az

Tanınmış oftalmoloq eynəklə bağlı suallara aydınlıq gətirdi - Müsahibə

[08.11.18]
Tanınmış oftalmoloq eynəklə bağlı suallara aydınlıq gətirdi - <b style="color:red">Müsahibə </b>

Tanınmış oftalmoloq Rəhimə Poluxova son zamanlar göz xəstəlikləri ilə bağlı uşaqların valdeynlərinə ən çox ünvanladığı sualları cavablandırıb.

525.az R.Poluxovanın cavablarını təqdim edir:

- Eynəyi daim taxmalıyam, ya sadəcə uzağa baxanda taxım?

- 40 yaşa kimi təyin olunan eynəklər daimi sayılır.

- Kompüterdə işləyirəm, qoruyucu eynək istifadə edə bilərəm?

- Hazırda istehsal olunan kompüterlərin ekranları qoruyucu təbəqəli olur, hər 20 dəqiqədən bir fasilə edin.

- Nəyə görə məndən yaşca böyük tanıdıqlarım yaxına eynək taxmırlar?

- 40 yaşdan sonra hər kəsdə yaxına görmə zəifləməyə başlayır, uzaq görməsində zəiflik varsa, bu cür insanlarda yaxına görmə daha gec zəifləyir, bəzənsə bəzi göz xəstəliklərində müvəqqəti olaraq yaxını görmə yaxşılaşır.

- Eynək nömrəmi az yazın, gözüm öyrəşməsin...

- Hər kəs gözünə ən uyğun nömrə eynək taxmalıdır. Nömrənin yüksək olması pasientləri narahat etməməlidir.

- Müalicə edin, eynək taxmayım...

- Eynək ehtiyacı xəstəlik deyil, refraksion qüsurdur və müalicə deyil, korreksiya olunmalıdır. Korreksiyanın 3 növü var eynək, kontakt linza və excimer lazer əməliyyatı.

- Eynəyi gün ərzində neçə saat taxmalıyam?

- Daimi təyin olunan eynəklər uşaqlarda səhər taxılıb yatanda çıxarılmalıdır. Böyüklərdə isə ehtiyac duyduğunda taxıla bilər.

- Eynəyimi davamlı taxmadım, ona görə görməm zəiflədi. Eynək taxılsa da, taxılmasa da zəifləməyə meyilli insanlarda zəifləmə davam edəcək?

- Yenicə eynək taxan insanlarda beyin yaxşı görüntüyə öyrəşir, eynəyi çıxardan kimi görmənin zəiflədiyini hiss edir, əslində əvvəlki görmə olduğu kimi qalır. Eynək korreksiyadır, taxdıqda yaxşı görmə olur, çıxardığınız zaman əvvəlki görmə qayıdır.

- Uşağımda getdikcə eynək nömrəsi artır, necə edək dayansın?

-Bəzi eynək nömrələri (Miopiya) uşaq böyüdükcə boyu necə artırsa, göz ölçüləri də elə artır və təxminən 18-20 yaşlarda dayanır.

- Uşağa eynək təyin olunub, neçə yaşına kimi eynək taxmalıdır, eynək taxdiqdan sonra zəif görmə düzələcəkmi?

- Eynək ehtiyacı davam etdiyi müddətdə eynək taxılmalıdır, eynəyi taxdıqda görmə düzələcək. 18 yaşa kimi excimer lazer əməliyyatı məsləhət görülmür.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.