525.Az

Avstraliya Azərbaycanın notasına cavab verdi

[30.07.13]
Avstraliya Azərbaycanın notasına cavab verdi<b style="color:red"></b>

Azərbaycanın Avstraliyadakı səfirliyi Avstraliyanın Yeni Cənubi Uels ştatının nümayəndə heyətinin 17 iyul tarixində Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri ilə əlaqədar Azərbaycan tərəfinin narahatçılığını Avstraliya tərəfinə çatdırıb və səfirliyin notasını təqdim edib. Bu barədə APA - ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat şöbəsinin rəhbəri Elman Abdullayev bildirib.

E. Abdullayevin sözlərinə görə, notaya cavab olaraq Avstraliyanın Xarici İşlər Nazirliyi bu səfərin şəxsi məqsəd daşıdığını və ümumiyyətlə, bu halla bağlı təəssüfləndiyini bəyan edib: “Bildirilib ki, Avstraliya federal hökumətindən başqa Avstraliyada heç bir inzibati ərazi strukturunun xarici siyasi münasibətlər çərçivəsində hər hansı fəaliyyət həyata keçirmək hüququ yoxdur. Avstraliya tərəfi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, “Dağlıq Qarabağ” adlı hər hansı qurumu tanımadığını bəyan edib. Eyni zamanda Avstraliya Xarici İşlər Nazirliyindən Varujan İskəndəriyan adlı şəxsə qondarma qurumun “daimi nümayəndəsi” diplomatik statusu və hər hansı status verilmədiyi bildirilib və ümumiyyətlə, Avstraliya hökuməti belə bir təyinatı tanımır”.

Elman Abdullayev xatırladıb ki, Avstraliya tərəfi Azərbaycanın işğal olunmuş ərazilərinə səfərlə bağlı öz internet saytında xəbərdarlıq yerləşdirib: “İnternet səhifəsində yerləşdirilən xəbərdarlıqda qeyd olunub ki, Avstraliya Xarici İşlər Nazirliyi öz vətəndaşlarına Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionun səfər etməməyi tövsiyə edir, çünki ora münaqişə zonasıdır”.

XİN sözçüsünün sözlərinə görə, Avstraliya tərəfi Azərbaycanın narahatçılığının Yeni Cənubi Uels ştatının rəhbərliyinə çatdırılacağını və bu halların gələcəkdə təkrarlanmaması haqda müvafiq tövsiyələr veriləcəyini də bildirib: “Məsələ ilə əlaqədar biz öz növbəmizdə Yeni Cənubi Uels ştatının qanunvericilik şurasının üzvləri olan Mariya Fikara, Amanda Fatiyo, Dvid Klarks və Fred Naylı, eyni zamanda parlamentin üzvləri Conatan Odeo və Gladis Beriçikliyanı Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlərinə görə Azərbaycanda arzuolunmaz şəxslər kimi elan edirik”.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.