525.Az

Azərbaycanda Avropanın ən iri heyvandarlıq kompleksi tikilir

[24.07.13]
Azərbaycanda Avropanın ən iri heyvandarlıq kompleksi tikilir<b style="color:red"></b>

Azərbaycanda Avropanın ən iri südçülük-maldarlıq kompleksi tikilir.

Qəbələ rayonunun Vəndam kəndində tikilən «Aqrokompleks Qəbələ»də gündəlik olaraq 50 ton süd istehsalı planlaşdırılır. Bu barədə «APA-Economics»ə Kənd Təsərrüfatı Nazirliyi heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsinin müdiri Çingiz Fərəcov məlumat verib.
 
Onun sözlərinə görə, hazırda Azərbaycanın süd və ətə böyük tələbatı var: «Keçən il adambaşına 30 kq ət istehsal olunub. Amma biz istəyirik ki, ət istehsalı ən azı 70 kq-a çatdırılsın. Bu, strateji vəzifəmizdir. Bundan başqa, Ağcabədi rayonundakı «Aqat-aqro» MMC-də 3 ton süd istehsal etməyi planlaşdırırıq», - deyə şöbə müdiri əlavə edib.
 
Qeyd edək ki, Azərbaycanda 12 iri südçülük kompleksi fəaliyyət göstərib və daha 3 yeni kompleks artıq istifadəyə verilib. Həmin komplekslərin hər birində 600-700 baş sağılmalı inək saxlanılır.
 
Xatırladaq ki, Ağcabədi rayonundakı «Aqat-aqro» MMC və Şəkidəki «Aqro-indastri» MMC təsərrüfatının hər birində 2012-ci ildə orta hesabla hər inəkdən 6-6,5 ton süd sağılıb.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.